“Astro camp” Düşərgəsi, 22-23.06.24

25.06.2024

22-23 iyun tarixlərində “Forest School Azerbaijan” və “Fominov Consulting” şirkətinin birgə tərəfdaşlığı ilə Şamaxı Astrofizika Rəsədxanasında “Astro Camp” tədbiri baş tutdu.

Düşərgə zamanı iştirakçılar astronomiyaya həsr olunmuş müxtəlif inkişaf etdirici fəaliyyətlərdə və master-klasslarda iştirak etdilər.

Ən əsası isə rəsədxananın ərazisində yerləşən 6 teleskopdan biri vasitəsilə səmanı müşahidə edə bildilər.

Təbiətin möcüzələrini kəşf etmək və göy cisimlərini daha yaxından öyrənmək üçün növbəti düşərgələrimizə sizləri də gözləyirik!

AZ