Fominov Konsalting Oracle Üzrə Gold Partnyor Statusuna Layiq Görülmüşdür

01.02.2017

Fominov Konsalting Oracle həlləri üzrə Gold Partnyor statusuna layiq görülmüşdür, bu da şirkətimizin Oracle əsaslı texnologiyaların inkişafı və tətbiqi sahəsindəki yüksək səviyyəli bacarığının təsdiqidir.

Müəssisələr üçün korporativ bulud həlləri üzrə qlobal provayder olan Oracle, rəqəmsal transformasiya yolculuğunda istənilən böyüklükdə təşkilatların biznes imkanlarını genişləndirir. Oracle Cloud proqram təminatında, platformada, infrastrukturda və datada servis olaraq aparıcı texnoloji üstünlüklər təmin edir.

Texnoloji proqres hər zaman üfüqdədir. Fominov Konsalting biznes proseslərinin və müştəri məmnuniyyətinin effektiv idarə olunması üçün dünyanın aparıcı texnoloji liderləri ilə tərəfdaşlığa hər zaman əhəmiyyətli dərəcədə yatırım edir. Yüksək səviyyəli ekspertizaya malik olaraq, biz, həmişə Oracle əsaslı innovativ texnologiyaların effektiv şəkildə idarə olunması üçün müştərilərimizə dəstək göstərməyə hazırıq.

AZ