Specialist Competency Award for IBM Power Systems
03.10.2019
2018-ci ilin sonu şirkətimiz üçün IBM Gold Partnyorluq Statusu və IBM Məlumat Saxlama Sistemləri (IBM Storage Systems) üzrə Kompetensiya əldə etməyimizlə yadda qaldı. Fominov Konsalting şirkəti regionda IBM Gold Biznes Partnyor statusunu qazanmış ilk IBM partnyorudur və bu sertifikat şirkətimizin üstün texniki bacarıqlarının, müştəri məmnuniyyətlərinin və bazardakı uğurumuzun göstəricisidir.
2019-cu il bu nailiyyətlərin davamını gətirəcək.
Power Server Sistemlərində Specialist səviyyəsinə çataraq Expert mərhələsinə doğru addımlayan Fominov Konsalting şirkəti texniki bacarıq və səriştəsini nümayiş etdirdi. Şirkətimiz IBM Power Serverlər seqmentində aparıcı rolunu nümayiş etdirərək, Azərbaycanda Server Sistemləri kateqoriyasında bu kompetensiyanı qazanmış ilk IBM Biznes Partnyorudur.
The IBM Power Sistemləri Kompetensiyası IBM Power Sistemləri üzərində qurulmuş həllərin satışındakı nailiyyətlərini təkmilləşdirmək istəyən avtorizə olunmuş IBM Power Biznes Partnyorları üçündür. Uyğunluq kriteriyasının qarşılanması, sizə IBM Power Sistemləri üzrə gəlirlərinizin əhəmiyyətli dərəcədə artması üçün bütün üstünlüklərdən yararlanmaq imkanı verir. Bu, IBM Partnyorlarının çox az qismi üçün əlçatan partnyorluq statusunun üçüncü səviyyəsidir. Bu, bizim IBM Power Sistem Həlləri çərçivəsində dünya səviyyəli xidmət göstərməyimizin qəti təsdiqidir.
Müştərilərinə dəstək göstərmək üçün, Fominov Konsalting texniki üstünlük və mükəmməlliyi təmin edir və IBM tərəfindən Power Sistemləri üzrə Specialist Kompetensiyası almaqdan məmnunluğunu ifadə edir..
IBM Partner World proqramı tərəfindən qiymətləndirilən faktorlardan biri sorğular və müştəri rəyləri vasitəsi ilə real biznes problemlərinin həllində partnyorların göstərdiyi texniki bacarıq və səriştələrdir. Şirkətimiz, tərəfimizdən IBM həlləri vasitəsi ilə həyata keçirilmiş müvəffəq layihələr barədə öz uğur hekayələrini bölüşdükləri üçün müştərilərimizə səmimi təşəkkürünü çatdırır.
IBM Gold Partnyorluq status üçün digər fundamental parameter isə müvəffəq satış göstəriciləridir. Bu baxımdan, Fominov Konsalting şirkətinin cari satış göstəriciləri öz fəaliyyət müddətində ən yaxşı il rekordunu vurmaqla, yalnız şirkətin qlobal nailiyyətlərini deyil, həmçinin onun biznes strategiyasında IBM həllərinin müsbət təsirini də göstərir.
IBM-in bu fərqli qiymətləndirməsi Fominov Konsalting şirkətinin etibarlı seçim olmasına dair əminliyi daha da gücləndirir, onun öncül xidmətlər və şirkətlərin hazırki və gələcək tələblərinə adoptasiya olunmuş yüksək rəqabətli innovativ həlləri təklif etmək öhdəliyini artırır.
Bizim müştərilərimiz daim təkmilləşməyə doğru irəlilədikləri üçün, dərin bilik və bacarıqların inkişaf etdirilməsi həm onların, həm də bizim müvəffəqiyyətimiz üçün çox vacibdir. Və istənilən müvəffəqiyyətin arxasında isə gərgin əmək dayanır, bizim halımızda isə bu əməyin sübutu mühəndislər tərəfindən bu sahədə yüksək səviyyədə bilik və müfəssəl hazırlıq tələb edən sertifikatların əldə olunmasıdır. Şirkətin professional inkişafının hər bir mərhələsi yeni sertifikatların əldə olunması ilə müşayiət olunur ki, bu da bir daha əməkdaşlarımızın birgə işimizə verdikləri daimi töhfəni təsdiqləyir.
Bununla bərabər, Fominov Konsalting IBM Məlumat Saxlama Sistemləri (IBM Storage Systems) üzrə Expert səviyyəsinin sertifikatını qazanmaq üçün son mərhələyə keçid edib. IBM tərəfindən daha öncə təsdiqlənmiş digər bacarıqlar kimi, bu səriştələr də, Fominov Konsaltingin müştərilərinə təklif edə biləcəyi təcrübə, keyfiyyət və resursların effektivliyinin nümayişidir və birmənalı şəkildə müştərilərin biznes və gəlirlərinin artım və inkişafına töhfədir.