Nutanix Scaler Partnyorluq – yeni müvəffəqiyyət!

09.09.2020

Fominov Konsalting şirkəti Nutanix Scaler Partnyor statusunu əldə etməkdən məmnunluq duyur. Hazırkı çətin iqtisadi vəziyyətə, xüsusi ilə də fərdi müəssisələrdəki vəziyyətə baxmayaraq, bizim üçün bu durumda fəaliyyətimizin qiymətləndirilməsi və yüksək əhəmiyyətli statusla dəyərləndirilməsi xüsusi əhəmiyyətlidir. Biz bir daha müştərilərimizin tələblərini qarşılayan etibarlı, uzunmüddətli və etimadlı tərəfdaş olaraq özümüzü tanıtmış olduq.

2009-cu ildən etibarən Nutanix hiperkonvergen həllər (HKİ) sahəsində liderdir. Bu liderlik HKİ üzrə Gartner Magic Quadrant məlumatları ilə də təsdiqlənir. Nutanix gələcək nəsil hesablayıcı maşınlar üçün gözəgörünməz infrastruktur təklif edir, bu isə öz növbəsində İT mütəxəssislərə biznesi dəstəkləyən tətbiq və xidmətlərə diqqəti yönəltmək imkanı verir. Bu həm də böyük və kiçik İT müəssisələrə məlumat mərkəzlərini və data emalını sadələşdirmək, təxmin olunan səmərəliliyi əldə etmək, xətti universallıq və buluda anoloji infrastrukturdan istifadə imkanı yaradır.

Fominov Konsalting şirkətinin heyəti rəqəmsal bazarda müştərilərə öz bizneslərini transformasiya etməkdə yardımçı olan həllərimizin əsasında Nutanix-in dayanması üçün uzun müddət ideyalarımızı həyata keçirməklə məşğul olub. Biz şirkətimizdə müştərilərimizi biznesləri üçün innovativ, çevik və səmərəli istehsalçıları seçməyə təşviq edirik. Nutanix sadalanan bütün bu parametrləri və daha artığını qarşılayır. Müştəriləri çevik korporativ bulud həlləri seçməyə təşviq etməklə, onlar xərcləri azaldaraq, gəlirləri artıraraq və riskləri minimuma endirərək bazarda rəqabət qabiliyyətlərini artırmağa nail olmuşlar.

Son bir neçə il ərzində biz Nutanix-in inkişaf edərək yüksək səviyyədə təkmilləşdiyinin və yerli bazarda tanınmış lider qismində özünə yer etdiyinin şahidi olduq və bu bizim bu illər ərzində etdiyimiz strateji seçimin doğruluğunu bir daha təsdiqləmiş oldu.

Nutanix Scaler partnyorluq statusu bizim mühəndislərimizin təkrarsız bilik və bacarıqlarının, təcrübələrinin təsdiqidir. Bu, bizə müştərilərimizə innovativ hiperkonvergen həllər və milli maştabda ən yüksək səviyyədə texniki dəstək xidmətləri təklif etmək imkanı verir. Bu səviyyəyə çatmaq üçün, Fominov Konsalting şirkəti davamlı və əhəmiyyətli satışla yanaşı, həm də mühəndislərin dərin bilik və bacarıqlarının göstəricisi olan sertifikasiya öhdəliklərini də icra etmişdir. Bildiyimiz kimi, hər bir nailiyyətin arxasında gözəgörünməyən əmək və əzmkarlıq dayanır.

Biz Nutanix Scaler Partnyor olaraq, gələcək nailiyyətlərə dogru Nutanix ilə yolçuluğumuzu davam etdirəcəyik!

 

Daha ətraflı məlumat üçün nutanix.com saytına istinad etməyiniz xahiş olunur nutanix.com

AZ