“Quşları müşahidə et” ailəvi ekspedisiya, 13.04.25
13 aprel tarixində Forest School Azerbaijan tərəfindən təşkil olunmuş və Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə Şirvan Milli Parkında “Quşları müşahidə et” ailəvi ekspedisiya baş tutmuşdur.
Ekspedisiyada iştirakçılar Qızılqaz gölündə quşları müşahidə edərək milli park ərazisində məskunlaşan müxtəlif quş növləri ilə tanış olublar. Həmçinin “Forest School” təhsil yanaşmasına uyğun olaraq fəaliyyətlərdə iştirak ediblər.
Bununla yanaşı Laquna marşrutunda heyvan izlərini araşdırmış və Bəndovan palçıq vulkanları haqqında ətraflı məlumat əldə ediblər.