"Quşları müşahidə et" Ailəvi Ekspedisiyası, 21.04.2024

29.04.2024

Aprelin 21-də Forest School Azerbaijan, Fominov Konsalting şirkətinin tərəfdaşlığı ilə, Qızılağac Milli Parkınında “Quşları müşahidə et” ekspedisiyası təşkil edilmişdir.

Məktəbli uşaqların və onların valideynlərin iştirak etdiyi ekspedisiyada, Qızılağac Milli Parkı ərazisində məskunlaşan müxtəlif heyvan və quş növləri haqqında məlumatlar verilmiş və bir çoxu yaxından müşahidə edilmişdir.

Ekspedisiya zamanı, Qızılağac Milli Parkının peşəkar mütəxəssis tərəfindən, quşları müşahidə etmə fəaliyyət növləri, binokl istifadə qaydaları, Milli Park ərazisində məskunlaşan quş növləri barədə ətraflı məlumatları iştirakçılara təqdim etmişdir.

Forest School Azerbaijan il ərzində bir neçə dəfə quşların miqrasiyası zamanı onların müşahidəsi ilə bağlı ekspedisiyalar təşkil edir. Ekspedisiyaların əsas məqsədi, gənc nəsildə bu fəaliyyət növünə marağı artırmaq, təbiətimizin gözəlliklərini, milli parklar və qoruqlarımızı yaxından tanıtmaqdır.

AZ