"Quşları müşahidə et" Ailəvi Ekspedisiyası, 14.10.2023

24.10.2023

Oktyabrın 14-də Ümumdünya köçəri quşlar günündə Forest School Azerbaijan, Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə, “Quşları müşahidə et” ekspedisiyası təşkil olunmuşdur.

Məktəbli uşaqların və onların valideynlərin iştirak etdiyi ekspedisiyada, Qızılağac Milli Parkı ərazisində məskunlaşan müxtəlif heyvan və quş növləri haqqında məlumatlar verilmiş və bir çoxu yaxından müşahidə edilmişdir.

Ekspedisiya zamanı, Qızılağac Milli Parkının peşəkar mütəxəssis tərəfindən, quşları müşahidə etmə fəaliyyət növləri, binokl istifadə qaydaları, Milli Park ərazisində məskunlaşan quş növləri barədə ətraflı məlumatları iştirakçılara təqdim etmişdir.

Forest School Azerbaijan il ərzində bir neçə dəfə quşların miqrasiyası zamanı onların müşahidəsi ilə bağlı ekspedisiyalar təşkil edir. Ekspedisiyaların əsas məqsədi, gənc nəsildə bu fəaliyyət növünə marağı artırmaq, təbiətimizin gözəlliklərini, milli parklar və qoruqlarımızı yaxından tanıtmaqdır.

AZ