"Qış Düşərgəsi" Lazada, 27-28.01.24

08.02.2024

“Fominov Consulting” şirkətinin tərəfdaşlığı ilə “Forest School Azerbaijan” Qusar rayonun, Laza kəndində Qış Düşərgəsini keçirib.

Üç gün davam etmiş düşərgədə uşaqlar möhtəşəm qar mənzərəsi olan Laza kəndində müxtəlif qış idman növləri və maraqlı açıq hava fəaliyyətləri ilə məşğul olublar.

Əlavə olaraq düşərgə zamanı Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları uşaqlara xilas etmə və sağ qalma üzrə nəzəri və praktiki təlimləri keçiriblər.

Həmçinin iştirakçılar “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə cəlb olunublar.

AZ