ISO 9001:2015 Akkreditasiyamızı Yeniləməkdən Məmnunluq Duyuruq

05.05.2020

Biznesin davamlılığı hər zaman bizim üçün prioritet məsələ olub. Bu bizim müştərilərimiz ilə fəaliyyətimizin əsas kriteriyalarından biridir – bizim şirkət müştərilərin biznes proseslərinin davamlılığını pozmamalı, ləngitməməli və proseslərə mənfi təsir göstərməməlidir. Lakin bu prinsiplərə şirkət olaraq ilk öncə biz özümüz riayət etməliyik.

Bütün dünya üçün belə çətin dönəmdə, bizim öz biznes proseslərimizin davamlılığı bizim üçün hər zaman qiymətli olaraq qalmışdır və bütün gözlənilməz vəziyyətlərə baxmayaraq, Fominov Konsalting şirkətinin heyəti şirkətin statusunun artırılması və təkmilləşdirilməsi yolunda səylə çalışmaya davam etdi və nəticə özünü çox gözlətmədi.

Bu asan deyildi və çoxlu zaman, enerji, insan resursları, səbr tələb edirdi, lakin biz məqsədimizə nail olduq – şirkətimiz ISO 9001:2015 sertifikatına sahib oldu. ISO 9001:2015 standartı güclü müştəri yönümlülük, motivasiya, rəhbərliyin də iştirakını tələb edən proses yanaşması və davamlı inkişaf da daxil olmaqla, çox sayda keyfiyyəti idarəetmə prinsiplərinə əsaslanır.

ISO 9001:2015 standartı bütün dünyada tanınır və bu statusun alınması biznesimizin və nəticə etibarı ilə bizim müştərilərin biznesinin bütövlüyü olaraq Fominov Konsalting şirkətinin fəaliyyətinin bütün sferalarının monitorinqi və təkmilləşdirilməsi üçün praktik və işlək Keyfiyyəti İdarəetmə Sisteminin yaradılmasına yönəlmişdir.

İSO 9001:2015 standartının əldə olunması yalnız mürəkkəb və idarəetməsi çətin olan prosedurlar toplusu yaratmaq demək deyildir. Məqsəd bizim şirkətimiz üçün münasib olan işlək idarəetmə sistemini təmin etməkdir.

Bu həmçinin bizə müştəri məmnunluğunu ölçmək və müştərilərin bütün cari tələblərini müəyyənləşdirməklə, həmçinin gələcək tələblərini müəyyən edib qiymətləndirmək üçün biznes proseslərimizi daima təkmilləşdirmək imkanı verir, beləki müştərilərimizin məmnunluğu hər zaman bizim biznesin fundamental hissəsi olub.

Biz bu keçidə biznesimizə, əməkdaşlarımıza və əlbəttə ki, müştərilərimizə fayda gətirəcək lazımı təkmilləşmələri tətbiq etmək imkanı kimi baxırdıq. Səylərimiz qiymətləndirildiyi üçün çox məmnunuq və inkişafımız çərçivəsində standartlara uyğunluğumuzu davam etdirməkdə maraqlıyıq.

Pozitiv, dinamik qarşılıqlı fəaliyyət, konstruktiv münasibət, şirkətin inkişaf strategiyasının və müştəri yönümlülüyünün həyati vacib elementi kimi standartı qəbul etmək üçün cəhdlərinin parlaq nümayişindən dolayı Fominov Konsalting şirkətinin heyətinə xüsusi təşəkkür edirik. Hər zaman səsləndirdiyimiz kimi, əməkdaşlarınızın bilik, bacarıq və doğru yöntəmləri, dəstəklənmələri ilə siz hər zaman müəssisənizin bütün sahələrini daima təkmilləşdirən sistem əldə edəcəksiz.

AZ