"Yaz Düşərgəsi" Lənkəranda, 23-25.03.24

09.04.2024

23-25 mart tarixlərində Lənkəranda Fominov Consulting şirkətinin tərəfdaşlığı ilə Yaz düşərgəmiz baş tutub.

8-14 yaşlı məktəblilər üçün təşkil olunan düşərgəmizdə uşaqlar müxtəlif inkişaf istiqamətləri üzrə əyləncəli və öyrədici fəaliyyətlərə cəlb olunaraq səmərəli vaxt keçirib.

”Forest School Azerbaijan”ın məqsədi iştirakçılara zəngin təcrübələr qazandırmaq və onları təbiətə daha da yaxınlaşdırmaqdır.

Yaz düşərgəsində uşaqlar hansı fəaliyyətlərə cəlb olundular?

  • İştirakçılar zəngin təbiəti olan Hirkan Milli Parkı ərazisindəki müxtəlif bitkiləri tanıyaraq onların müalicəvi əhəmiyyətini və xüsusiyyətlərini öyrənərək, kəşf edərək, qeyd götürərək yaddaşlarına həkk etdilər.
  • Lider Salehin göstərişlərinə uyğun olaraq meşədə sığınacaq hazırladılar, öyrəndikləri bitkiləri toplayaraq bulaq suyu ilə çay dəmlədilər. Əylənərək, kəşf edərək əvəzolunmaz vaxt keçirdilər.
  • Arıların növləri ilə tanışlıq, onların təbiətdə rolu və insanlara faydaları ilə bağlı nəzəri və praktiki fəaliyyətlərə cəlb olundular.
  • Nehrə yağının alınması fəaliyyətində iştirakçılar praktiki olaraq nehrə çalxalama və yağın alınması təcrübəsinin canlı şahidi oldular.
  • Həsir toxuma fəaliyyətində isə iştirakçılar bu sənətin incəlikləri haqqında əvvəlcə nəzəri biliklər əldə etdilər. Daha sonra isə praktik hissədə onlar həsirdən çələnglər toxudular.
AZ