Lerikdə "Yaz düşərgəsi", 24-26.03.23

29.03.2023

“Forest School Azerbaijan” Azərbaycanın ən səfalı rayonlarından olan Lerik rayonun Hamarmeşə kəndində 24-26 mart 2023-cü il tarixləri arasında “Yaz düşərgəsi” təşkil edib. Düşərgə “Fominov Consulting” şirkətinin tərəfdaşlığı ilə baş tutub.

Əyləncəli və öyrədici fəaliyyətlər təşkil olunan düşərgədə 8-15 yaşlı məktəblilər təbiətdə gəzintilər, balıq tutmaq, təbiətdə sağ qalma, komanda quruculuğu, incəsənət və sənətkarlıq, layihə əsaslı öyrədici fəaliyyətlər kimi geniş fəaliyyət növləri ilə məşğul olublar.

Bunlardan əlavə onlar dünyada yeganə unikal muzey olan “Uzunömürlülər” muzeyinə və arıçılıq təsərrüfatına səfər edərək tətil günlərində maraqlı vaxt keçiriblər.
Həmçinin, uşaqlar bir-birləri ilə sosiallaşaraq yeni dostlar qazanıblar.

“Forest School Azerbaijan”ın pedaqoji komandası tərəfindən təşkil olunan düşərgə uşaqların yeni bacarıqlar öyrənməsi və münasibətlər qurmaq üçün ehtiyac duyulan mühit təmin edib.

Bu fəaliyyət, “Forest School Azerbaijan”ın missiyasına uyğun şəkildə təşkil edilərək uşaqlarda təbiətə daha çox maraq yaratmaq və onların ətraf mühitə qarşı qoruyucu məsuliyyətini artırmaq məqsədi ilə keçirilib.

AZ